525.Az

Sumqayıtda avtobus qəzaya uğradı: xəsarət alanlar var


 

Sumqayıtda avtobus qəzaya uğradı: <b style="color:red">xəsarət alanlar var </b>

Sumqayıt şəhərində yol-nəqliyyat hadisəsi baş verib.

ONA-nın yerli bürosunun məlumatına görə, qəza şəhərin "Dəmiryolu vağzalı"nın yaxınlığında baş verib.

1 nömrəli marşrut xətti üzrə hərəkət edən 50 AE 659 markalı "Karsan" markalı mikroavtobus yol dairəsində dönmə əməliyyatı həyata keçirərkən "Kia" markalı nəqliyyat vasitəsi onu arxadan vurub. Zərbənin gücündən mikroavtobusun sürücüsü idarəetməni itirib və nəqliyyat vasitəsi yol kənarında dayanan "Mercedes" markalı avtomobilə çırpılıb. Nəticədə nəqliyyat vasitələrinə ciddi ziyan dəyib.

2 nəfərin müxtəlif dərəcəli bədən xəsarətləri aldığı bildirilir. Yaralılar xəstəxanaya aparılıb və onlara tibbi yardım göstərilib.

Faktla bağlı araşdırma aparılır.

 





06.05.2019    çap et  çap et