525.Az

Almaniya XİN-in Şərqi Avropa, Qafqaz və Orta Asiya üzrə ofisinin rəhbəri Azərbaycanda


 

Almaniya XİN-in Şərqi Avropa, Qafqaz və Orta Asiya üzrə ofisinin rəhbəri Azərbaycanda <b style="color:red"></b>

Almaniya XİN-in Şərqi Avropa, Qafqaz və Orta Asiya üzrə ofisinin rəhbəri Maykl Siebert Azərbaycana gəlib.

ONA-nın məlumatına görə, Almaniya XİN-in rəsmisi bu barədə öz “Twitter” səhifəsində yazıb.

Mingəçevirdə Ikinci Dünya Müharibəsi əsirlərinin məzarlığını ziyarət edən almaniyalı diplomat daha sonra GIZ təşkilatının məcburi köçkünlər üçün təşkil etdiyi seminara qatılıb.  

Mayın 7-də Maykl Siebert Bakıda keçiriləcək Azərbaycan və Almaniya arasında siyasi məsləhətləşmələrdə iştirak edəcək.

 





06.05.2019    çap et  çap et