525.Az

Peşə məktəblərində təhsil alanlar dərsliklərlə pulsuz təmin olunacaqlar


 

Peşə məktəblərində təhsil alanlar dərsliklərlə pulsuz təmin olunacaqlar<b style="color:red"></b>

Peşə təhsili müəssisələrində təhsilalanlar dərsliklərlə pulsuz təmin olunacaq.

ONA-nın məlumatına görə, bununla bağlı “Təhsil haqqında” qanunun 32-ci maddəsinə (Təhsilalanların hüquq və vəzifələri) dəyişiklik təklif edilir.

Qanun layihəsinin 32.3.15-ci bəndinə təklif olunan dəyişikliyə görə, dövlət və bələdiyyə ümumi təhsil, peşə təhsili müəssisələrində təhsilalanlar dərsliklərlə pulsuz təmin olunacaq.

Qanun layihəsi bu gün Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında müzakirə edilib və parlamentin plenar iclasına tövsiyə edilib.

 





07.05.2019    çap et  çap et