525.Az

Nazir: "Bakalavriat səviyyəsində dövlət sifarişli yerlərin sayı 20 500-ə çatdırılıb"


 

Nazir: "Bakalavriat səviyyəsində dövlət sifarişli yerlərin sayı 20 500-ə çatdırılıb"<b style="color:red"></b>

"Ali təhsilin əlçatanlığının artırılması, tələbələrin sosial müdafiəsinin yaxşılaşdırılması, ölkədə yüksək ixtisaslı peşəkar kadrların hazırlanması, ali təhsildə rəqabət mühitinin formalaşdırılması istiqamətində əhəmiyyətli qərarlar qəbul olunub".

ONA-nın xəbərinə görə, bunu təhsil naziri Ceyhun Bayramov deyib.

O bildirib ki, dövlət hesabına maliyyələşən təqaüd yerlərinin sayı cari ilin martın 1-dən 16 min vahid artırılıb:

"Bununla yanaşı, tələbələrə verilən təqaüdün məbləği də 20 faiz artırılıb, bu tədbirlər 110 mindən çox tələbəni əhatə edib. Eyni zamanda, bakalavriat səviyyəsində dövlət sifarişli yerlər 66 faiz artırılaraq 20 500-ə çatdırılıb".

 





07.05.2019    çap et  çap et