525.Az

Nazir: "Qəzalı məktəb problemi həll ediləcək"


 

Nazir: "Qəzalı məktəb problemi həll ediləcək"<b style="color:red"></b>

"Azərbaycanda qəzalı məktəb problemi həll ediləcək".

ONA-nın xəbərinə görə, bunu Təhsil naziri Ceyhun Bayramov deyib.

Ümumtəhsil müəssisələrinin infrastrukturunun müasirləşdirilməsi tədbirlərinin davam etdirildiyini vurğulayan C. Bayramov bildirib ki, 2003-2018-ci illərdə ölkədə 2200-dən çox məktəb binası tikilib və əsaslı təmir edilib.

Nazir qeyd edib ki, nəticədə 2 milyondan çox şagirdin təlim şəraiti əhəmiyyətli dərəcədə yaxşılaşdırılıb.

C. Bayramov bu istiqamətdə tədbirlərin bu il də davam etdiriləcəyini bildirib.

 





07.05.2019    çap et  çap et