525.Az

Yeni dərs ilindən I və II dərəcə əlilliyi olanlar dövlət hesabına təhsil alacaqlar


 

Yeni dərs ilindən I və II dərəcə əlilliyi olanlar dövlət hesabına təhsil alacaqlar<b style="color:red"></b>

"Azərbaycanın ali təhsil müəssisələrində I və II dərəcə əlilliyi olan şəxslərin, habelə sağlamlıq imkanları məhdud tələbələrin sayı təxminən 2500 nəfərə yaxındır".

ONA-nın xəbərinə görə, bunu Təhsil naziri Ceyhun Bayramov deyib.

Nazir qeyd edib ki, I və II dərəcə əlilliyi olan şəxslərin, habelə sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqların təhsil haqqı xərclərinin ödənilməsi haqqında Azərbaycan Prezidentinin sərəncamı 2019-2020-ci tədris ilindən qüvvəyə minəcək:

"Sentyabrdan bu kateqoriyaya aid tələbələr dövlət vəsaiti hesabına təhsil alacaqlar".

 





08.05.2019    çap et  çap et