525.Az

Şuşanın işğalı Şəhidlər Xiyabanında anıldı


 

Şuşanın işğalı Şəhidlər Xiyabanında anıldı<b style="color:red"></b>

Bu gün Şuşanın işğalının 27-ci ildönümü münasibətilə Şəhidlər Xiyabanı ziyarət olunub.

Modern.az xəbər verir ki, ziyarət Dağlıq Qarabağın Azərbaycanlı İcması İctimai Birliyi tərəfindən təşkil edilib.

Birliyin sədri Tural Gəncəliyev, Şuşa Rayon İcra Hakimiyyətinin başçısı Bayram Səfərov, deputat Qənirə Paşayeva, İcmanın üzvləri, ictimaiyyət nümayəndələri, tələbə və məktəblilər iştirak ediblər.

Tural Gəncəliyev bildirib ki, bu gün Şuşanın işğalından 27 il ötür:

"Bura toplaşmaqda məqsədimiz bu kədərli günü bölüşmək, Dağlıq Qarabağın Azərbaycanlı İcmasının üzvləri ilə birlikdə bu ağır günü qeyd etməkdir.

Bu gün Şəhidlər Xiyabanına yığılanların əksəriyyəti gənclərdir. Bu da bizim gənc icma üzvləri olaraq öz torpaqlarımıza qayıtmaq əzmimizi göstərir. Biz münaqişənin Azərbaycanın beynəlxalq sərhədləri çərçivəsində sülh yolu ilə həllinə inanırıq və erməni icması ilə birlikdə, Azərbaycanın suverenliyi çərçivəsində yaşamağa hazır olduğumuzu burada nümayiş etdiririk".

Məktəblilər Şuşa haqqında şeirlər səsləndiriblər, daha sonra əbədi məşəl önünə əklil qoyulub.

 





08.05.2019    çap et  çap et