525.Az

Azərbaycanın müasir tarixi Heydər Əliyevin adı ilə bağlıdır


 

Azərbaycanın müasir tarixi Heydər Əliyevin adı ilə bağlıdır <b style="color:red"></b>

Azərbaycanın müasir tarixi dünya səviyyəli siyasətçi, dövlət xadimi, dövrümüzün əzəmətli və bənzərsiz şəxsiyyəti Heydər Əliyevin adı və fəaliyyəti ilə bağlıdır.

Azərbaycanda dövlətçilik ənənələrinin XX əsrin sonlarında bərpa edilib zənginləşdirilməsi, müstəqilliyimizin möhkəmləndirilməsi, onun əbədi, dönməz xarakter alması, ölkəmizin dinamik iqtisadi inkişaf yolu ilə inamla irəliləməsi, beynəlxalq nüfuzunun sürətlə artması ümummili liderin səmərəli fəaliyyəti sayəsində mümkün olub.

Azərbaycan müstəqillik qazandıqdan sonra bir müddət mədəniyyət və incəsənətimiz böyük çətinliklər qarşısında qalsa da, Heydər Əliyevin hakimiyyətə qayıdışı bu sahələrin də tərəqqisinə yeni təkan verdi. Sosial problemlər ucbatından xarici ölkələrə üz tutan sənət adamları Vətənə döndülər, onlara xüsusi qayğı göstərilməyə başlandı. Bağlanmış teatrlar, kitabxanalar, muzeylər öz qapılarını yenidən tamaşaçıların üzünə açdı.

Bu mənada, Heydər Əliyevin Azərbaycanın hərtərəfli inkişafı üçün hazırladığı strateji istiqamətlər hələ uzun illər müstəqil Azərbaycan dövlətinin möhkəmləndirilməsi və gücləndirilməsi, iqtisadi qüdrətinin artırılması, xalqımızın layiq olduğu xoşbəxt həyata qovuşması işinə xidmət edəcək.

Hər bir azərbaycanlının taleyində Heydər Əliyev dühasının bir zərrəsi vardır. Ümummilli liderin parlaq xatirəsi xalqımızın yaddaşına əbədi həkk olunub. Mənalı həyatını xalqına həsr edən Heydər Əliyevin dövlət xadimi kimi zəngin fəaliyyəti Azərbaycan xalqının tarixində dərin iz buraxaraq, əsl dövlət idarəçiliyi məktəbinə çevrilib. Azərbaycan xalqının hələ neçə-neçə nəsli bu böyük məktəbdən, Heydər Əliyevin zəngin siyasi irsindən ölkəmizin inkişafı, xalqımızın rifahı naminə faydalanacaqdır.
 
Rəşid Paşalı
Mənəvi Dəyərlərin Təbliği Fondunun əməkdaşı, Yeni Azərbaycan Partiyasının fəal üzvü

 





08.05.2019    çap et  çap et