525.Az

Putin və Trampın G20 sammiti çərçivəsində görüşü gözlənilmir


 

Putin və Trampın G20 sammiti çərçivəsində görüşü gözlənilmir<b style="color:red"></b>

Rusiya prezidenti Vladimir Putin və ABŞ prezidenti Donald Trampın Yaponiyada keçiriləcək G20 sammiti çərçivəsində görüşü gözlənilmir.

ONA-nın TASS-a istinadən verdiyi xəbərə görə, bu barədə Kremlin sözçüsü Dmitri Peskov deyib.

"Bu günədək görüş planlaşdırılmayıb və bu barədə heç bir müzakirə aparılmır", -deyə Peskov bildirib.

Qeyd edək ki, iyunun 28-29-da Yaponiyanın Osaka şəhərində Böyük 20-liyə üzv ölkələrin dövlət və hökumət başçılarının zirvə toplantısı keçiriləcək.

 





09.05.2019    çap et  çap et