525.Az

"Heydər Əliyevin xatirəsi xalqımızın yaddaşında daim yaşayacaq"


 

"Heydər Əliyevin xatirəsi xalqımızın yaddaşında daim yaşayacaq"<b style="color:red"></b>

Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətində (ASC) Ümummilli lider Heydər Əliyevin anadan olmasının 96-cı ildönümü qeyd olunub.

ASC-dən verilən məlumata görə, tədbirdə çıxış edən cəmiyyətin sədri Əhməd Əhmədzadə bildirib ki, Azərbaycanın çağdaş tarixi dünya şöhrətli siyasətçi, dövlət xadimi Heydər Əliyevin adı və fəaliyyəti ilə bağlıdır: "Ulu öndər müstəqil Azərbaycan dövlətinin qurucusu və bəşəriyyətin yetirdiyi ən böyük şəxsiyyətdir".

Cəmiyyətin sədri Heydər Əliyevin müəyyən etdiyi siyasi kursun bu gün uğurlu davam etdirildiyini, Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin hərtərəfli inkişaf yolunda getdiyini qeyd edib.

Ə.Əhmədzadə dahi öndərin ideyalarının və ölkəmizin nailiyyətlərinin dünyada geniş təbliğ olunmasında Birinci vitse-prezident Mehriban Əliyevanın səmərəli xidmətlərindən, çoxşaxəli nəcib və xeyirxah fəaliyyətindən də söz açıb.

Sonda cəmiyyətin sədri bildirib ki, Azərbaycanın özü qədər əbədi olan dahi şəxsiyyətin şərəfli həyat yolu və siyasi irsi indiki və gələcək nəsillərə nümunə olacaq, Ümummilli lider Heydər Əliyevin işıqlı xatirəsi xalqımızın yaddaşında daim yaşayacaq.

 





09.05.2019    çap et  çap et