525.Az

Estoniyanın daxili işlər naziri Rusiyaya qarşı ərazi iddiası irəli sürüb


 

Estoniyanın daxili işlər naziri Rusiyaya qarşı ərazi iddiası irəli sürüb<b style="color:red"></b>

Estoniyanın müəyyən bir hissəsi hələ də Rusiya Federasiyasının tərkibində qalmaqdadır.

ONA “RİA novosti”-yə istinadən xəbər verir ki, bunu Estoniya daxili işlər naziri və Millətçi mühafizəkar xalq partiyasının lideri Mart Helme mətbuat konfransındakı çıxışında bildirib.

Nazir əlavə edib ki, Estoniya ərazisinin 5,2% -i Rusiyanın tərkibindədir: “Rusiya nəinki bu torpaqları geri qaytarmaq, bunun üçün kompensasiya ödəmək, hətta bu məsələni müzakirə etməyi belə istəmir".

M.Helme deyib ki, Estoniya bu məsələni beynəlxalq hüquq çərçivəsində həll etmək üçün gözləməyə hazırdır.

Xatırladaq ki, Estoniyanın Millətçi mühafizəkar xalq partiyasının üzvləri bu ilin mart ayında da Rusiyay qarşı ərazi iddiası ilə çıxış edərək Leninqrad əyalətinin tərkibində olan İvanqorodun geri qaytarılmasına dair fikirlər səsləndirmişdi

Məlumat üçün bildirək ki, İvanqorod 1919-1940-cı illərdə Estoniyanın tərkibində olub.

 





10.05.2019    çap et  çap et