525.Az

Dövlət İmtahan Mərkəzi TOEFL IBT imtahanı keçirəcək


 

Dövlət İmtahan Mərkəzi TOEFL IBT imtahanı keçirəcək<b style="color:red"></b>

Dövlət İmtahan Mərkəzi (DİM) mayın 11-də TOEFL IBT imtahanı keçirəcək.

DİM-in mətbuat xidmətindən ONA-ya verilən xəbərə görə, imtahan DİM-in Yasamal rayonu, Mikayıl Müşfiq küçəsi, 1M ünvanında yerləşən inzibati binasında saat 09.30-da başlayacaq.

TOEFL imtahanında iştirak etmək üçün 15 və daha aşağı yaş qrupuna aid olan uşaqlar imtahan binasına valideynləri ilə birlikdə gəlməlidirlər.

TOEFL® imtahanı haqqında ümumi məlumatla tanış olmaq və qeydiyyatdan keçmək üçün  http://dim.gov.az/activities/exams/toefl/ linkinə daxil olmaq lazımdır.

Qeyd edək ki, TOEFL iBT® imtahanı ali təhsil səviyyəsində ingilis dili üzrə bacarıqları istifadə etmək, oxuyub anlamaq və s. meyarları ölçmək üçün vasitədir. Bu imtahan vasitəsilə oxumaq, yazmaq, dinləmək və danışmaq üzrə bacarıqları tətbiqetmə dərəcəsi müəyyən edilir.

 





10.05.2019    çap et  çap et