525.Az

Gürcüstan baş naziri: "David Qareci məbədi ilə bağlı komissiya yaradılır"


 

Gürcüstan baş naziri: "David Qareci məbədi ilə bağlı komissiya yaradılır"<b style="color:red"></b>

Bu gündən David Qareci məbədi ilə bağlı komissiyanın yaradılmasına başlanıb.

ONA-nın Gürcüstan bürosunun “interpressnews” saytına istinadən verdiyi məlumatına görə, bu barədə Gürcüstanın baş naziri Mamuka Baxtadze hökumətin iclasından əvvəl keçirdiyi brifinqdə bildirib.

O qeyd edib ki, artıq razılaşma əldə olunub və komissiyanın yaradılmasına start verilib.

"Azərbaycan bizə dost ölkədir. Biz strateji tərəfdaşıq. Məsələ də bu ruhda həll ediləcək", - deyə, baş nazir əlavə edib.

Komissiyanın Gürcüstan tərəfdən sədri bu ölkənin xarici işlər nazirinin müavini olacaq.

 





10.05.2019    çap et  çap et