525.Az

ABŞ-da həbs olunan Rusiya vətəndaşı başqa həbsxanaya köçürülüb


 

ABŞ-da həbs olunan Rusiya vətəndaşı başqa həbsxanaya köçürülüb<b style="color:red"></b>

ABŞ-da casusluq ittihamı ilə həbs olunmuş Rusiya vətəndaşı Mariya Butina Virciniya ştatındakı İsgəndəriyyə həbsxanasından başqa yerə köçürülüb.

ONA “TASS” agentliyinə istinadən xəbər verir ki, bu barədə Butinanın vəkili Robert Driskoll məlumat verib.

“Mən həbsxana rəhbərliyi ilə əlaqə saxladım, M.Butina orada deyil. Hara köçürüldüyü hələ ki, bilinmir”, - deyə vəkil bildirib.

Buna qədər Həbsxanaların federal bürosundan bildirilib ki, rusiyalı qadın müvəqqəti olaraq İsgəndəriyyədəki müvəqqəti saxlama təcridxanasında saxlanılacaq.

Qeyd edək ki, M.Butina noyabrın 5-də azadlığa çıxacaq.

 





11.05.2019    çap et  çap et