525.Az

Bakının bəzi rayonlarında içməli su yoxdur


 

Bakının bəzi rayonlarında içməli su yoxdur<b style="color:red"></b>

Bakı şəhəri Sabunçu rayonu ərazisində yeni çəkilmiş 1000 mm diametrli magistral su xəttinin şəbəkəyə qoşulması işlərinin aparılması ilə əlaqədar 01 oktyabr 2013-cü il tarixdə gün ərzində paytaxtın Sabunçu, Suraxanı və Xəzər rayonlarının bir hissəsinə içməli suyun verilməsində məhdudiyyətlər olacaq. Bu barədə Trend-ə "Azərsu" Açıq Səhmdar Cəmiyyətinin Mətbuat xidmətindən məlumat verilib.

Məlumatda "Azərsu" ASC-nin yaranmış narahatlıqla əlaqədar abonentlərdən üzr istədiyi bildirilir.

 





01.10.2013    çap et  çap et