525.Az

Türkiyədə müxbirin axtarışı zamanı itkin düşən əsgərlərin cəsədləri tapıldı - Yenilənib


 

Türkiyədə müxbirin axtarışı zamanı itkin düşən əsgərlərin cəsədləri tapıldı - <b style="color:red">Yenilənib </b>

Anadolu agentliyinin qar uçqunu altında qalaraq itkin düşən müxbirinin xilasedici qrupun tərkibində axtarışı zamanı çaya düşən hərbçilərdən digərinin də cəsədi tapılıb.

ONA Türkiyə KİV-ə istinadla xəbər verir ki, rəsmi mənbələrdən hər iki əsgərin xidməti vəzifə borcunu yerinə yetirərkən şəhid olduqları bildirilib.

*** 17 may, 20:39

Türkiyədə Bayburt-Trabzon arasındakı Soğanlı dağında uçuruma düşən Anadolu Agentliyinin müxbiri Abdulqadir Nişançını axtaran xilasedici heyət arasında iki əsgər bu gün itkin düşüb.

ONA-nın Türkiyə bürosunun xəbərinə görə, əsgərlərdən birinin cəsədi tapılsa da, digəri hələ də axtarışdadır.

Xatırladaq ki, Abdulqadir Nişançı mayın 10-dan uçuruma düşdükdən sonra tapılmır. Bu gün isə jurnalistin axtarışı zamanı 2 nəfər xilasedici çaya düşmüşdü.

 





18.05.2019    çap et  çap et