525.Az

Abşeronda iki “VAZ” toqquşub: 2 nəfər ölüb, 1 nəfər yaralanıb


 

Abşeronda iki “VAZ” toqquşub: 2 nəfər ölüb, 1 nəfər yaralanıb<b style="color:red"></b> Abşeron rayonu ərazisində baş verən yol-nəqliyyat hadisəsi zamanı biri Rusiya vətəndaşı olmaqla 2 nəfər ölüb, bir nəfər yaralanıb.

525.az-ın Daxili İşlər Nazirliyinin (DİN) rəsmi saytına istinadən verdiyi məlumata görə, sentyabrın 30-da saat 05.10 radələrində Abşeron rayonu Çaylı kəndinin ərazisində Göyçay rayon sakini Anar Rəcəbovun idarə etdiyi "VAZ-21099" markalı və Abşeron rayon sakini Eldəniz Behbudovun idarə etdiyi "VAZ-2103" markalı avtomaşınlar toqquşub.

Nəticədə Anar Rəcəbovun sərnişinlərindən Göyçay rayon sakini Cahandar Məmmədov hadisə yerində, digər sərnişini, Rusiya Federasiyası vətəndaşı İradə Yaqubi xəstəxanada ölüb. Xəsarət almış Eldəniz Behbudov isə xəstəxanaya yerləşdirilib.

Faktla bağlı BDYPİ tərəfindən araşdırma aparılır.
 





01.10.2013    çap et  çap et