525.Az

Rusiya Suriyada kimyəvi silahdan kimin istifadə etdiyini aydınlaşdırır


 

Rusiya Suriyada kimyəvi silahdan kimin istifadə etdiyini aydınlaşdırır<b style="color:red"></b>

Rusiya avqustun 21-də Suriyada baş vermiş kimyəvi silah tətbiqi ilə bağlı günahkarları üzə çıxarmaq üçün təhqiqat aparır.

APA-nın “RİA Novosti”yə istinadən verdiyi məlumata görə, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov deyib. O bildirib ki, Rusiya kimyəvi silahdan istifadəyə dair bütün informasiyaların qərəzsiz araşdırılması və günahkarların müəyyənləşdirilməsində maraqlıdır.
 
Nazir BMT ekspertləri hələ Suriyaya getməmiş Bəşər Əsədi kimyəvi silah tətbiqində suçlayan Qərb dövlətlərini tənqid edib. S. Lavrov qeyd edib ki, bu məsələlər bütün faktlardan istifadə edilməklə BMT Təhlükəsizlik Şurasında müzakirə olunmalıdır.

 





01.10.2013    çap et  çap et