525.Az

Goranboy icra başçısının birinci müavini vəzifəsindən azad edildi


 

Goranboy icra başçısının birinci müavini vəzifəsindən azad edildi<b style="color:red"></b>

Goranboy rayon İcra Hakimiyyəti başçısının birinci müavini vəzifəsindən azad edilib.

ONA-nın Mingəçevir bürosunun məlumatına görə, Goranboy rayonu İcra Hakimiyyətində daha bir yüksək rütbəli məmur vəzifəsindən kənarlaşdırılıb.

Elçin Xanlar oğlu Cahangirov rayon İcra Hakimiyyəti başçısının birinci müavini vəzifəsindən azad edilib.

Qeyd edək ki, o, bu vəzifəyə 2015-ci ildə təyin olunmuşdu. Boş qalmış vakant yerə hələlik təyinat yoxdur.

 





22.05.2019    çap et  çap et