525.Az

Mətbuat Şurası seçkilərlə əlaqədar “qaynar xətt” yaradacaq


 

Mətbuat Şurası seçkilərlə əlaqədar “qaynar xətt” yaradacaq<b style="color:red"></b>

Bu gün Mərkəzi Seçki Komissiyası və Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun (KİVDF) təşkilatçılığı ilə “Seçki prosesində KİV nümayəndələrinin fəaliyyətlərinin əsasları, onların hüquqları, vəzifələri və məsuliyyətləri” mövzusunda konfrans başlayıb.

Lent.az-ın verdiyi məlumata görə, konfransı giriş sözü ilə KİVDF sədri Vüqar Səfərli açıb.

MSK sədrinin müavini Natiq Məmmədli çıxışında bildirib ki, seçki prosesi miqyasına görə ən geniş miqyaslı bir prosesdir. Onun sözlərinə görə, beynəlxalq standartlar seçkinin bir məqsədini müəyyən edir. Seçkinin əsas məqsədi ölkəni idarə edəcək ən güclü qüvvəni müəyyənləşdirməkdir: “Şəffaflıq qıtlığı seçki prosesində ədalətliliyə kölgə sala bilər. Azərbaycan o ölkədir ki, veb kameralar vasitəsi ilə seçki məntəqələrini izləməyi dünyaya təqdim edib”.

Natiq Məmmədli bildirib ki, seçkinin aşkarlığını təmin etmək üçün bütün şərait yaradılmalıdır: “Aşkarlıqdan, şəffaflıqdan danışanda bunu KİV-siz təsəvvür etmək mümkün deyil. Ancaq seçki prosesində KİV təmsilçilərinin məsuliyyəti, davranışı və hüquqları diqqət mərkəzində olmalıdır. İnanıram ki, bu konfrans gözlənilən nəticəni ortaya qoyacaq”.

Mətbuat Şurasının sədri Əflatun Amaşov Mətbuat Şurasına seçki prosesi ilə bağlı heç bir müraciət olmadığını söyləyib. O nəzərə çatdırıb ki, seçki günü Mətbuat Şurasında “qaynar xətt” yaradacaq, yerli və xarici media qurumlarının qarşılaşdıqları problemlərin həllinə çalışacaq. Əflatun Amaşov ödənişli təbliğatla bağlı 50 KİV-in Mərkəzi Seçki Komissiyasına müraciət etdiyini xatırladıb: “KİV seçki prosesinə həm də qazanc məsələsi kimi baxır. Bu, yaxşı haldır. Biz payızda hansı KİV-in bu prosesdən nə qədər qazang əldə etdiyini açıqlayacağıq”.

 





02.10.2013    çap et  çap et