525.Az

Metropolitendən AFFA-ya cavab gəldi


 

Metropolitendən AFFA-ya cavab gəldi<b style="color:red"></b> Bakı Metropoliteni AFFA-nın müraciətini rəsmən cavablandırıb. Bu barədə Metropolitenin mətbuat xidmətinin rəhbəri Nəzakət Tarıverdiyeva Lent.az-a eksklüziv açıqlamasında bildirib.
 
“Oktyabrın 16-na keçən gecə qatarlar son sərnişini daşıyanadək işləyəcəklər. Bu addım Azərbaycan və Rusiya yığmaları arasında keçiriləcək 2014-cü il dünya çempionatının seçmə qrup matçından çıxan azarkeşlərin metro ilə evlərinə rahat çata bilmələri üçün atılıb”.
 
Qeyd edək ki, oktyabrın 15-də Bakının 8-ci km qəsəbəsindəki “Bakcell Arena”da keçiriləcək Azərbaycan – Rusiya matçı saat 22:00-da başlanacaq.
 





02.10.2013    çap et  çap et