525.Az

Aleksandr Lukaşenko Azərbaycan Prezidentini təbrik edib


 

Aleksandr Lukaşenko Azərbaycan Prezidentini təbrik edib<b style="color:red"></b> Belarus Prezidenti Aleksandr Lukaşenko Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu göndərib.

ONA-nın xəbərinə görə, məktubda deyilir: “Hörmətli İlham Heydər oğlu! Milli bayramınız – Respublika Günü münasibətilə səmimi təbriklərimi qəbul edin.

Müasir Azərbaycan dinamik inkişaf edən dövlət, etibarlı iqtisadi tərəfdaşdır. Sanballı ictimai-siyasi dəyişikliklər, istehsal sektorunun əsaslı surətdə modernləşdirilməsi, ölkənizin beynəlxalq aləmdə nüfuzunun artması Sizin həyata keçirdiyiniz və ölkənin iqtisadi qüdrətinin, əhalinin səmərəli sosial müdafiəsinin təmin edilməsinə, müstəqil xarici siyasət yürüdülməsinə yönəlmiş kursun düzgün olduğunu əyani şəkildə təsdiq edir.

Əminəm ki, razılaşmaların praktiki reallaşması və Sizin dəstəyinizlə həyata keçirilən birgə layihələr ölkələrimizin potensialının daha da artırılmasına, Belarus və Azərbaycan xalqları arasında dostluq və qarşılıqlı yardım ənənələrinin möhkəmlənməsinə şərait yaradacaq. Hörmətli İlham Heydər oğlu! Sizə səmimi qəlbdən möhkəm cansağlığı və qarşıya qoyduğunuz məqsədlərə nail olmağınızı, qardaş Azərbaycanın əhalisinə isə sülh və firavanlıq arzu edirəm”.

Xorvatiya Respublikasının Prezidenti Kolinda Qrabar-Kitaroviç və Serbiya Respublikasının Prezidenti Aleksandr Vuçiç də Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu göndəriblər.
 





28.05.2019    çap et  çap et