525.Az

İmişlidə ağır yol qəzası: 2 ölü, 2yaralı


 

İmişlidə ağır yol qəzası: 2 ölü, 2yaralı<b style="color:red"></b> İmişlidə iki nəfərin ölümü, iki nəfərin yaralanması ilə nəticələnən yol qəzası baş verib.
 
APA-nın Mil-Muğan bürosuna İmişli rayon polis şöbəsindən verilən məlumata görə, qəza  İmişli-Bəhrəmtəpə avtomobil yolunun 3-cü kilometrliyində, rayonun Göbəktala kəndi ərazisində qeydə alınıb. Məhəmməd Bəylər oğlu Həsənov idarə etdiyi KİA markalı minik maşını ilə Bəhrəmtəpə istiqamətində hərəkətdə olarkən qəfildən idarəetməni itirib. Qəza zamanı avtomobil aşıb.
 
Nəticədə avtomobildə olan sərnişinlər Elvin Natiq oğlu Əhmədov və Azad Mirələm oğlu Məmmədov hadisə yerində dünyasını dəyişib. Sürücü və digər sərnişin Elməddin Əhmədov isə  ağır bədən xəsarətləri ilə rayon mərkəzi xəstəxanasına çatdırılıb.
 
Faktla bağlı araşdırma aparılır.
 





02.10.2013    çap et  çap et