525.Az

Xalq yazıçısı Hüseyn İbrahimov anıldı


 

Xalq yazıçısı Hüseyn İbrahimov anıldı <b style="color:red"></b>

Azərbaycan Milli Elmlər Akademiyasının Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunda Xalq yazıçısı Hüseyn İbrahimovun 100 illiyinə həsr olunmuş elmi konfrans keçirilib.

Tədbir İnstitutun Elektron akt zalında baş tutub.

Xatırladaq ki, tədbir İnstitutda praktika keçən Bakı Avrasiya Universitetinin Filologiya ixtisası üzrə IV kurs tələbələri ilə birlikdə hazırlanıb.

Tədbiri giriş sözü ilə AMEA-nın vitse-prezidenti, Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun direktoru, akademik İsa Həbibbəyli açıb.

Akademik qeyd edib ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin xalq yazıçısı Hüseyn İbrahimovun 100 illiyinin qeyd edilməsi haqqında Sərəncamı Azərbaycan ədəbiyyatına, onun görkəmli yaradıcılılarına dövlət səviyyəsində diqqətin mühüm nümunəsidir. Akademik İsa Həbibbəyli çıxışında Xalq yazıçısı Hüseyn İbrahimovun Azərbaycan ədəbiyyatı tarixində mövqeyindən, onun zəngin bədii yaradıcılığından danışıb.

Daha sonra Bakı Avrasiya Universitetinin Ümumi filologiya kafedrasının müdiri, filologiya elmləri doktoru, dosent Elmira Məmmədova çıxış edərək Bakı Avrasiya Universiteti ilə Akademiyanın Ədəbiyyat İnstitutu arasındakı qarşılıqlı əlaqələrdən danışıb və keçirilən konfransı yüksək qiymətləndirib.

Tədbirdə Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun Ədəbi tənqid şöbəsinin müdiri, filologiya elmləri doktoru Vaqif Yusifli “Xalq yazıçısı Hüseyn İbrahimov haqqında söz” mövzusunda məruzə ilə çıxış edib.

Daha sonra Bakı Avrasiya Universitetinin Filologiya ixtisası üzrə IV kurs tələbələri Günər İsgəndərova “Xalq yazıçısı Hüseyn İbrahimovun həyatı”, Arzu Quliyeva “Hüseyn İbrahimovun yaradıcılıq yolu”, İlkin Qubadov “Hüseyn İbrahimovun yaradıcılığında yeni insan konsepsiyası”, Tamaşa Şirinova “Hüseyn İbrahimovun hekayələrində məişət problemi”, Aytac Rəsulova “Hüseyn İbrahimovun mənəvi-əxlaqi mövzularda yazılmış hekayələri”, Lamiyə Məhəmmədova “Hüseyn İbrahimovun “Bahar yağışı” romanı və müasirlik”, Ofelya Şahsuvarova “Hüseyn İbrahimovun “Əsrin onda biri” romanı və tarixilik”, Səmayə Zeynalova “Hüseyn İbrahimovun “Bahar hekayəsi” povesti”, Jalə Mustafayeva “Hüseyn İbrahimovun 100 illik yubileyi – mədəni hadisə kimi”, Çıraq Niyazlı “Hüseyn İbrahimov və milli ədəbiyyatımız” adlı mövzularda çıxışlar ediblər.

 





29.05.2019    çap et  çap et