Xalq artisti Emin Ağalarov dörd övladı ilə foto paylaşıb.
Axşam.az-ın məlumatına görə, müğənninin yayımladığı şəkildə əkizləri Əli və Mikayıl, Əminə, yeni doğulan qızı Afina yer alıb.
Emin fotoya "Ən böyük xoşbəxtlik - bütün övladlarını bir otaqda toplamaqdır. Uşaqlar bizim hər şeyimizdir, onları qoruyun" sözlərini yazıb.