525.Az

Anar Xəlilov: “Milli Şura” ucuz şou yaratmaqla məşğuldur”


 

Anar Xəlilov: “Milli Şura” ucuz şou yaratmaqla məşğuldur”<b style="color:red"></b>

“Ümumiyyətlə Rəsulzadə “Milli Şura”ya məxsus deyil, nə də onlar tək olaraq davamçılar deyillər”.

Bunu SİA-ya açıqlamasında Prezident Yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının üzvü, SİM İB-nin sədri Anar Xəlilov deyib.

Onun sözlərinə görə, Azərbaycan Xalq Cümhuriyyətinin varisi bu günkü Azərbaycanımızdır, xalqdır və onun seçdiyi iqtidardır:

“Bu gün Azərbaycan dövləti Cümhuriyyətə və onun qurucularına dərin rəğbətlə yanaşır və Dövlət səviyyəsində hər bir onlara aid xüsusi günlər yüksək səviyyədə qeyd edilir. Bundan əlavə Cənab Prezident İlham Əliyev qeyd etdiyi kimi "Cümhuriyyət qurucularının etmək istədiyini və arzularını biz həyata keçirdirik". Bu günkü yüksək inkişaf və güclü Azərbaycan buna misaldır. Xalq da bütün bunları bilir və Prezidentinin siyasətini qəbul edir və dəstəkləyir. “Milli Şura” isə ucuz şou yaratmaqla məşğuldur. Həm də, çalışırlar ki, daha çox sosial şəbəkələrdə ucuz reklamlar qursunlar.

Bütün bunlar onlara ancaq utanc gətirir. 28 may günü Rəsulzadənin heykəlinin ziyarəti zamanı da bu bir daha sübut olundu ki, bir özləridir, bir də, papkaları. Xalq isə dövlət səviyyəsində təşkil edilmiş müxtəlif tədbirlərdə idi. Xalq Respublika Gününü əyləncə və gəzinti ilə qeyd edirdi. Sosial şəbəkələrdə yerləşdirilən fotolara baxsaq bunu aydın görərik”.

 





29.05.2019    çap et  çap et