525.Az

Tahir Rzayev: “Sönük və zəif aksiya “Milli Şura”nın iflasıdır”


 

Tahir Rzayev: “Sönük və zəif aksiya “Milli Şura”nın iflasıdır” <b style="color:red"></b>

“Azərbaycanda sağlam müxalifət yoxdur”.

Bunu SİA-ya açıqlamasında millət vəkili Tahir Rzayev deyib.

Onun sözlərinə görə, bunlar neçə ildir ki, yerlərində sayırlar:

“Hərdən də, sosial şəbəkələr də, xarici sifarişlərə əsaslanmaqla dövlət və dövlətçilik əleyhinə şər və böhtan kampaniyası aparırlar. Müsavat və “Milli Şura” xarici anti-Azərbaycan dairələrinin tapşırığını yerinə yetirir. Sözsüz ki, qarşılığın da maliyyə vəsaitləri alırlar və onlara da qulluq edirlər. Müxalifət də olan, ancaq sağlam siyasət yürüdən digər siyasi qurumlar Müsavat və AXCP-nin xarici pozucu qüvvələrlə iş birliyin də, olduqlarını görür və bu baxımdan onların qanunsuz aksiyalarına qoşulmurlar. Bu partiyalar iqtidara müxalifətdirlər və yeri gələndə öz sözlərini deyirlər.

Düzgün olaraq, bu partiyalar Müsavat və “Milli Şura”nın mart və aprel ayların da keçirdikləri aksiyalara qoşulmadılar. Niyə qoşulmadılar? Çünki bu mitinqlər qanunsuz keçirilib. Mitinq təşkilatçıları burda lazım olmayan şüarlar səsləndirib, dövlətin, dövlət rəhbərlərinin eləcə də, dövləti təmsil edən vəzifəli şəxslərin ünvanına şantaj xarakterli böhtanlar səsləndiriblər ki, bu da qəbul olunmazdır. Çünki insanın şəxsiyyəti, hüquqları var və bunu pozmaq olmaz. Eləcədə dövlətin ünvanına söylənilən bu fikirlər əlbəttə ki, qəbul olunmazdır. Ona görə də, konstruktiv siyasət aparan müxalif partiya sədrləri qanunu dərk edir, müəyyən qaydada bu proseslərdə iştirak etmirlər. Ənənəvi ampluaların da çıxış edən “Milli Şura” və Müsavat rəhbərliyi M.Ə.Rəsulzadənin aksiya keçirməyə cəhd etdi.

Ora Əli Kərimli, Cəmil Həsənli, Gültəkin Hacıbəyli və Fuad Qəhramanlı bir necə adamla yığışmışdırlar. Aksiya da özlərini lider sayan insanlar iştirak etmirdilər.

Sözsüz ki, bu müxalifətin özünün bir iflasıdır. Çünki əgər “birləşmiş müxalifət” deyirlərsə, burada kütləvilik olmalı idi, amma olmadı, cəmi 3-5 nəfər iştirak etdi. Yenə də, eyni sözlər, əvvəllər səslənən şüarlar, dövlətin əleyhinə müəyyən xoşagəlməyən ifadələr səsləndirildi. Onsuz da, biz Məmməd Əmin Rəsulzadəyə Xalq Cümhuriyyətinin liderlərindən biri kimi həmişə rəğbətimizi bildirmişik. Eləcə də AXC-nin üzvləri olan və hökumət də təmsil olunmuş digər şəxslərə abidələrin qoyulması, adlarının əbədiləşdirilməsi, yubuleylərinin keçirilməsi haqqın da tədbirlər görülüb.
 
İndi bunlar Məmməd Əmin Rəsulzadəni bir bayraq ediblər, güya Məmməd Əmin Rəsulzadəyə qısqanclıq var. Yəni heç bir reallığı əks etdirməyən cəfəng fikirlər söyləyirlər. Amma birmənalı mövqe ondan ibarətdir ki, AXC qurucularının xatirəsi bizim üçün əzizdir. Hər bir insana göstərdiyi xidmətinin dərəcəsinə görə qiymət verilməlidir və bu qiymətdə verilir. Məmməd Əmin Rəsulzadə və digər AXC qurucuları ilə alver etmək olmaz. Ancaq, müxalifət bu adamlardan siyasi alver edir. Mayın 28-də “Milli Şura” M.Ə.Rəsulzadənin abidəsi önün də, uğursuz aksiya keçirməklə, bir daha özlərini rüsvay etdilər. Onların aksiyaların da iştirak edənlərin əksəriyyəti azyaşlılar idi. Bu da, onların tükəndiklərini və ümidlərini balaca uşaqlara bağladıqlarını göstərir. Belə müxalifət məhvə məhkumdur, yəqin ki, bu proqnoz yaxın vaxtlar da reallığa çevriləcək. Məmməd Əmin Rəsulzadə ilə alver etmək olmaz, siyasi xadimlərlə belə alver etmək olmaz. Demək olar ki, müxalifət bu adamlardan alver edirlər”.

 





29.05.2019    çap et  çap et