525.Az

28 May tarixi həm də radikal müxalifətin dəfn günüdür


 

28 May tarixi həm də radikal müxalifətin dəfn günüdür <b style="color:red"></b>

Məlum olduğu kimi, Müsavat partiyası və “Milli Şura”-AXCP cütlüyü ayrı-ayrılıqda Məhəmməd Əmin Rəsulzadənin Novxanı kəndindəki heykəli önündə aksiya keçiriblər.

Hər iki aksiya ilə bağlı bir həftə əvvəldən sosial şəbəkələrdə anonslar səsləndirilib.

Abşeron Rayon Polis İdarəsindən mətbuata verilən məlumata görə, Müsavat partiyasının aksiyasında təşkilatın rəhbərliyi və üzvlərindən ibarət 220 nəfər iştirak edib. “Milli Şura”nın keçirdiyi aksiyada isə “Milli Şura” koordinasiya şurasının üzvləri və AXCP-nin üzvü olan 330 nəfər iştirak edib.

Beləliklə, artıq əminliklə nəticəyə gəlmək olar ki, 28 May-Respublika Günündə, hər zaman olduğu kimi, növbəti dəfə ənənəvi müxalifət düşərgəsinin bir yerdə olmadığını sübut edir. Artıq belə bir qənaətə gəlmək mümkündür ki, sözügedən tarix, həmçinin, düşərgənin parçalanmasını sübut edən gün kimi yadda qalıb. Xüsusilə, düşmən münasibətində olan müxalifət patiyaları və qurumları olan AXCP -“Milli Şura” cütlüyü və Müsavat və həmin partiyaların diktəsi ilə idarə olunan digər qurumlar Respublika Gününü bir yerdə, barış və əməkdaşlıq şəraitində deyil, ayrı-ayrılıqda keçirməyi üstün tuturlar. Həmçinin, daha əvvəllər də müşahidə etdiyimiz kimi, hansı partiyanın ilk olaraq Novxanıda tədbir keçirməsi üstündə kəskin münaqişələr yaşanır

Ənənəvi əklil qoymaq davası

O da sirr deyil ki, bu təşkilatlar Novxanıda ADR-in qurucusu Məhəmməd Əmin Rəsulzadənin abidəsi önündə aksiyalarını qeyd etmək üstündə ənənəvi savaşa qalxırlar. Kim birinci aksiya keçirəcək, kim birinci əklil qoyacaq və s. Daha dəqiq desək, hansı partiyanın ilk olaraq Novxanıda tədbir keçirməsi üstündə kəskin münaqişələr yaşanır. Düzdür, 2013-cü il prezident seçkiləri öncəsi "Milli Şura" adlı qondarma qurumda "əməkdaşlıq” edən AXCP-Müsavat yalnız həmin ildə aksiyalarını birgə keçirmişdilər ki, hazırda məlum səbəblər üzündən "Milli Şura"dan çıxan Müsavat yenidən öz köhnə ənənəsinə sadiq qalaraq, yəni ayrılıqda Rəsulzadənin abidəsini ziyarət etməyə başlayıb. Görünən isə budur ki, uzağı bir il bir yerdə olan müxalifət partiyaları bundan o yana birgə yol qət etmək gücündə və istəyində olmadıqlarını sözügedən qarşılıqlı qisasçı, düşmənçilik addımları ilə sübuta yetirirlər. Xüsusilə, bir-birlərini ittiham edərkən, mətbuata bol-bol açıqlamalar verən müxalifət funksionerləri hakimiyyətlə yanaşı, özlərinə qarşı da rdaikallıq nümayiş etdirirlər. Baxmayaraq ki, onlar düşərgədə təmsil olunan qarşı tərəflərə müxtəlif məsələlərə fikir bildirdikləri zaman "dostlarımız" deyə müraciət etsələr də, həmin kəlmənin, sadəcə söz demək xətrinə deyildiyi aşkar görünür. Ortada heç bir dostluq münasibətləri yoxdur və əgər olsaydı, onlar ən azından, Respublika Günündə bir araya gəlməyi bacararaq, dediklərini sübuta yetirmiş olardılar. Ancaq göründüyü kimi, bu, baş vermir. Əksinə, düşmənçilik mövqeyi və s.

Belələrinin hakimiyyət iddiası, yürüdülən siyasəti tənqid etmələri mənasızlıq, məntiqsizlik və ictimai rəydə onlara qarşı istehza münasibəti daşıyır

Düşərgə konkret şəkildə parçalanmış vəziyyətdə olduğu kimi, həm də düşmənçilik səviyyəsində münasibətlər çərçivəsindən çıxmağı bacarmayıb. Belə olan vəziyyətdə ənənəvi müxlaifətin hakimiyyət iddiası, yürüdülən siyasəti tənqid etmələri mənasızlıq, məntiqsizlik və ictimai rəydə onlara qarşı istehza münasibəti daşıyır.

Göründüyü kimi, ortada isə açıq-aşkar qarşılıqlı baırşmazlıq mövqeyi dayanıb. Fakt isə, yuxarıda da qeyd edildiyi kimi, 28 May-Respublika Günü onların bir-birlərinə qarşı sərgilədikləri düşmənçilik münasibətləridir.

Biz isə, bundan sonra da tərəflərin yeni ittihamlarının, qarşıdurmalarının və savaşlarının şahidləri olacağıq. Çünki bu adət-ənənə müxalifətin qanına-canına hopub. Belə müxalifət üçün isə, heç bir sosial sifariş ola bilməz. Yaxşı olardı ki, onlar 28 May-Respublika Gününü özlərinin dəfn günü kimi qeyd etsinlər. Bu, ictimai rəy üçün daha məntiqəuyğun olardı...

Rövşən RƏSULOV
Sia.az

 





29.05.2019    çap et  çap et