525.Az

"Rusiya nüvə sınağı ilə bağlı moratoriuma əməl etmir"


 

"Rusiya nüvə sınağı ilə bağlı moratoriuma əməl etmir"<b style="color:red"></b>

Rusiya nüvə sınağı və nüvə potensialının inkişafı ilə bağlı moratoriuma əməl etmir.

ONA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə Pentaqon hərbi kəşfiyyat departamentinin rəhbəri general-polkovnik Robert Eşli deyib.

“ABŞ hesab edir ki, Rusiya nüvə testi ilə bağlı moratoriuma əməl eləmir. Nüvə silahının inkişafı ilə bağlı araşdırmamız bizə inanmağa əsas verir ki, Rusiyanın sınaq fəaliyyəti bu ölkənin nüvə potensialını artırmağa kömək edib”.

 





29.05.2019    çap et  çap et