525.Az

Füzulidə partlayış: 7 nəfər xəsarət aldı


 

Füzulidə partlayış: 7 nəfər xəsarət aldı<b style="color:red"></b> Füzuli rayonu, 1-ci Qayıdış qəsəbəsində ümumi sahəsi 9 kv.m olan köməkçi tikilidə  qaz balonunda partlayış baş verib.
 
525.az-ın Fövqəladə Hallar Nazirliyinin rəsmi saytına istinadən verdiyi məlumata görə, 7 nəfər xəsarət alıb.
 
Yanğın hadisəsi olmayıb. Xəsarət alanlar yanğınsöndürənlər çatana kimi qohumlar tərəfindən  rayon xəstəxanasına aparılıblar. Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.
 





03.10.2013    çap et  çap et