525.Az

“İndiyədək ombudsmanın təklifi ilə qanun qəbul edildiyini xatırlamıram”


 

“İndiyədək ombudsmanın təklifi ilə qanun qəbul edildiyini xatırlamıram”<b style="color:red"></b>

“İndiyə qədər Ombudsmanın təklifi ilə Milli Məclisdə hansısa qanunun qəbul edildiyini xatırlamıram”.

ONA-nın məlumatına görə, bunu bu gün Milli Məclisin plenar iclasında “Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) haqqında” qanuna dəyişikliyin müzakirəsi zamanı millət vəkili Qüdrət Həsənquliyev bildirib.

Q.Həsənquliyev deyib ki, Ombudsmanın təklifini öncə Ali Məhkəməyə təqdim etməsi, Ali Məhkəmə məqbul sayarsa, Ombudsmanın qanunvericilik təşəbbüsü ilə çıxış edərək Milli Məclisə layihə təqdim etməsi məqbul olardı:

“Bununla bağlı qanunvericiliyə dəyişiklik edilsə, daha yaxşı olardı”.

Spiker Oqtay Əsədov isə qanunun birinci oxunuşda müzakirəyə çıxarıldığını və təkliflərin növbəti oxunuşlar zamanı verilə biləcəyini xatırladıb.

 





30.05.2019    çap et  çap et