525.Az

Ukrayna parlamenti baş nazirin istefasını qəbul etmədi


 

Ukrayna parlamenti baş nazirin istefasını qəbul etmədi<b style="color:red"></b>

Ukrayna parlamenti baş nazir Vladimir Qroysmanın istefasını qəbul etməyib.

ONA-nın "euronews"-a istinadən verdiyi xəbərə görə, istefanın təsdiqlənməsi üçün 226 səs tələb olunduğu halda bu qərarı yalnız 97 deputat dəstəkləyib.

Parlamentdəki ən böyük fraksiya bu istefanın iyul ayında keçiriləcək parlament seçkilərindən əvvəl ölkədə  qarışıqlığa gətirib çıxara biləcəyindən narahat olduğunu bildirib.

 





30.05.2019    çap et  çap et