525.Az

Bayram namazının vaxtı açıqlandı


 

Bayram namazının vaxtı açıqlandı <b style="color:red"></b>

Azərbaycanda bayram namazının vaxtı açıqlanıb.

Qafqaz Müsəlmanları İdarəsindən 525.az-a verilən məlumata görə, Ramazan ayının başa çatması ilə əlaqədar iyunun 5-i saat 08:00-da "Əjdərbəy" məscidində, saat 09:00-da isə "Təzə Pir" məscidində bayram namazı qılınacaq.

Qafqaz Müsəlmanları İdarəsinin sədri, şeyxülislam Allahşükür Paşazadə bayram namazına qatılacaq.

Qazilər Şurasının verdiyi fətvada qeyd olunur ki, Fitr bayramı (Şəvval ayının 1-i) Ayın üfüqi ərazimizdə görünməsinə əsasən iyunun 5-nə təsadüf edəcək.

Azərbaycanda Ramazan ayı mayın 6-da başlayıb.

İyunun 5-i və 6-sı Azərbaycanda Ramazan bayramıdır.

 





30.05.2019    çap et  çap et