525.Az

"Danışıqların 2-ci mərhələsindən əvvəl mütəxəssislərin vəziyyəti öyrənməsini gözləyirik"


 

"Danışıqların 2-ci mərhələsindən əvvəl mütəxəssislərin vəziyyəti öyrənməsini gözləyirik"<b style="color:red"></b>

Danışıqların ikinci mərhələsi başlamazdan əvvəl ekspertlərin vəziyyəti yerində öyrənməsini gözləyirik.

ONA-nın yerli bürosunun məlumatına görə, Gürcüstanın XİN rəhbəri Davit Zalkaliani belə deyib. Nazir bildirib, müzakirələrin ikinci turu iyun ayının sonunda Tbilisidə keçiriləcək.

"Bilirsiniz ki, danışıqların ikinci turunun keçirilməsi ilə bağlı razılaşma əldə olunub. Biz ekspertlərin vəziyyəti yerində öyrənməsini gözləyirik.

Ehtimal ki, ikinci tur iyun ayının sonunda Tbilisidə keçiriləcək. Məsələnin həll olunmasında həm Azərbaycan, həm də Gürcüstanda siyasi iradə var və hər iki tərəf üçün məqbul olan bir qərar qəbul etmək mümkündür ", - deyə, D.Zalkaliani bildirib.

 





31.05.2019    çap et  çap et