525.Az

Hillari Klinton qızı ilə birgə prodüser şirkəti yaradır


 

Hillari Klinton qızı ilə birgə prodüser şirkəti yaradır<b style="color:red"></b>

Hillari Klinton və qızı Çelsi Klinton film və TV proqramların istehsalı ilə məşğul olacaq prodüser şirkəti yaratmaq qərarına gəlib.

ONA xəbər verir ki, bu barədə “Bloomberg” özəl mənbəyə istinadən məlumat yayıb.

Bildirilir ki, Klintonlar öz layihələrinə maliyyə dəstəyi əldə etmək üçün dartıq kinostudiyalarla danışıqlar da aparıblar.

Agentliyin məlumatına görə, H.Klinton və qızı yeni studiyanın köməkliyi ilə mədəniyyət və ictimaiyyətə “qoşulmaq” niyyətindədir. Ehtimal olunur ki, onlar əsasən, qadınlara həsr edilmiş layihələrin prodüser işinə köklənəcəklər.

 





31.05.2019    çap et  çap et