525.Az

Gündüz Kərimov: "Ötən il cinayət işləri üzrə 89 bəraət hökmü verilib"


 

Gündüz Kərimov: "Ötən il cinayət işləri üzrə 89 bəraət hökmü verilib"<b style="color:red"></b>

“2018-ci ildə Azərbaycanda cinayət işləri üzrə cəmi 89 bəraət hökmü verilib. Bu, ümumi cinayət işlərinin 1 faizindən aşağıdır”.

ONA-nın məlumatına görə, bunu Bakıda keçirilən “Məhkəmə-hüquq islahatlarına vəkil baxışı” konfransında Azərbaycanın Birinci vitse-prezidentinin köməkçisi Gündüz Kərimov deyib.

O bildirib ki, bu, dövlət ittihamının çox təkmil işləməsindən, vəkillərin müqavimətindən, məhkəmənin passivliyindən və bizə məlum olmayan səbəblərdən irəli gələ bilər:

“Biz hesab edirik ki, bütöv ittihamla müdafiə tərəfinin balanslı nəticə əldə etməsi üçün vəkillik səylərini artırmalıdır. Məlum olduğu kimi, Cənab Prezident İlham Əliyevin məhkəmə-hüquq sistemində islahatlarla bağlı imzaladığı Fərmanda ədalət mühakiməsinin əlçatanlığı məsələsi xüsusilə vurğulanır”.

 





31.05.2019    çap et  çap et