525.Az

"Dəqiqləşdirilməyən yayılan məlumatlar cəmiyyətdə çaşqınlıq yaradır"


 

"Dəqiqləşdirilməyən yayılan məlumatlar cəmiyyətdə çaşqınlıq yaradır"<b style="color:red"></b>

"Jurnalistlərin verdiyi informasiyanın mənbəyi etibarlı və dəqiq olmalıdır. Bəzən çox da oxunmayan xəbər saytı verdiyi informasiyaya görə ciddi mediyaya sirayət edir. Dəqiqləşdirilməyən yayılan məlumatlar cəmiyyətdə çaşqınlıq yaradır".

Bu fikirləri Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) İctimaiyyətlə əlaqələr sektorunun müdiri Bəşarət Məmmədov Təhsil Nazirliyinin təçkilatçılığı ilə keçirilən təlimdə çıxışı zamanı bildirib.

B.Məmmədov qeyd edib ki, mətbuatda bəzən şagirdlərin yaşı ilə bağlı çaşdırıcı məlumatlar verilir:

"Məsələn 2003-cü il təvəllüdlü yeniyetmə ilə bağlı onun 11-ci sinif şagirdi olduğu və hansısa bir hadisə olduğunu yazırlar. Araşdırıb baxdıqda həmin sagiridn adının sistemdə olmadığı və yaxud da 9-cu sinifdən çıxdığı məlum olur. Bütün bunlar cəmiyytdə çaşqınlıqlar yaradıq. Bundan başqa bəzən media eyni məsələyə fərqli yanaşmalarla çıxış edir. Mən düşünürəm ki, biz neqativ məlumatlarla yox pozitiv məlumatlarla oxucunu təəcübləndirə bilərik".

 





31.05.2019    çap et  çap et