525.Az

Olimpiada qalibləri UNEC-in xüsusi təqaüdünü qazanacaq


 

Olimpiada qalibləri UNEC-in xüsusi təqaüdünü qazanacaq<b style="color:red"></b>

Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) olimpiada qaliblərinə xüsusi təqaüd imkanı yaradır.

UNEC-in İctimaiyyətlə əlaqələr şöbəsindən verilən xəbərə görə, yeni tədris ilindən UNEC-i seçən Beynəlxalq olimpiada və Respublika fənn olimpiadaları qalibləri bir semestr ərzində 100 AZN məbləğində universitetin xüsusi təqaüdünü əldə edəcəklər.

Olimpiada qalibləri ilə yanaşı, qəbul imtahanlarında 600-dən yüksək bal toplayaraq UNEC-də təhsil alan birinci kurs tələbələri də xüsusi təqaüdə layiq görülürlər. Bundan başqa, Azərbaycan Dövlət İqtisad Universitetində hər kurs üzrə ən çox bal toplayan 15 tələbəyə 100 AZN məbləğində "ikinci əlaçı təqaüdü" verilir.

Qeyd edək ki, "Təhsil haqqında" Azərbaycan Respublikasının Qanununda edilən dəyişikliklərə əsasən, Beynəlxalq olimpiada qalibləri istənilən ixtisas, Respublika fənn olimpiadaları qalibləri isə qalib olduqları fənlərə uyğun ixtisaslar üzrə ali təhsil müəssisələrinə müsabiqədənkənar qəbul ediləcək.

S.QARAYEVA

 





31.05.2019    çap et  çap et