525.Az

Milli Kitabxanada "İnsan hüquqları" adlı tədbir


 

Milli Kitabxanada "İnsan hüquqları" adlı tədbir <b style="color:red"></b>

Mayın 30-da Milli Kitabxanada ölkəmizdə mayın 18-dən iyunun 18-dək elan olunmuş İnsan Hüquqları Aylığı çərçivəsində Bakı Dövlət Universitetinin və digər ali məktəb tələbələrinin, gənc oxucuların iştirakı ilə "İnsan hüquqları" adlı sərgi-diskusiya təşkil olunub.

Tədbirdə qeyd edilib ki, hər kəsin doğulduğu andan toxunulmaz, ayrılmaz hüquqları və azadlıqları vardır və bu hüquq və azadlıqlar şəxsin cəmiyyət və digər şəxslər qarşısında məsuliyyətini, vəzifələrini əhatə edir, vətəndaşın hüquqları şəxsin müəyyən dövlətə məxsusluğu ilə bağlıdır və onlar dövlət tərəfindən müdafiə olunur.

Dövlət hər kəsin hüquq və azadlıqlarının müdafiəsinə təminat verir, istinasız olaraq hakimiyyətin bütün qollarına şamil edilən bu öhdəlik insan və vətəndaş hüquq və azadlıqlarına hörmət, onların müdafiəsi, dəstəklənməsi, eləcə də həyata keçirilməsi vəzifələrini ehtiva edir.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 18 iyun 2007-ci il tarixli Sərəncamı ilə iyunun 18-i ölkəmizdə İnsan Hüquqları Günü kimi qeyd olunur.

Azərbaycan Respublikası insan hüquqları sahəsində əsas beynəlxalq sənədlərə qoşulmaqla yanaşı, onlardan irəli gələn müddəaların həyata keçirilməsi istiqamətində beynəlxalq təşkilatlarla sıx əməkdaşlıq edir. Bu təşkilatların sırasında BMT-nin insan hüquqlarının təşviqi və müdafiəsi sahəsində fəaliyyət göstərən müxtəlif qurumları, ATƏT, Avropa Şurası və Avropa İttifaqı mühüm yer tutur.

Sərgidə insan hüquq və azadlıqlarının bütün sahələrindən bəhs edən müxtəlif dillərdə kitablar və dövri mətbuat materialları nümayiş edilir. "İnsan hüquqları" adlı sərgi-diskusiya bir həftə davam edəcək.

 





31.05.2019    çap et  çap et