525.Az

“Həkimlər valideynlərin dili ilə” layihəsi çərçivəsində yeni görüş - Foto


 

“Həkimlər valideynlərin dili ilə” layihəsi çərçivəsində yeni görüş - <b style="color:red">Foto </b>

Azərbaycan Qadın Sahibkarlığının İnkişafı Assosasiyasınin Sosial Məsələlər üzrə Komissiyasının dəstəyi, ABC Tədris və İnkişaf Mərkəzinin təşkilatçılığı ilə həyata “Həkimlər valideynlərin dili ilə” adlı layihə çərçivəsində yeni görüş keçirilib.

Valideynlərin də qatıldığı tədbirin budəfəki qonaqları nevroloqlar olublar. Azərbaycan və Özbəkistandan da qonaqların qatıldığı tədbir maraqlı müzakirələr, diskussuya şəraitində keçib.

Professor Jurabayova Aziza (Özbəkistan), psixologiya elmləri namizədi Aliya Velelyayeva (Özbəkistan) və Elmi-Tədqiqat Pediatriya İnstitutunun əməkdaşı Əntiqə Məmmədovanın iştirak etdiyi tədbirdə bir sıra vacib məsələlər qaldırılıb və maarifləndirici tövsiyyələr verilib.

Daha sonra övladlarında müəyyən nevroloji problemlərin olmasından şübhələnən bəzi valideynlər həkimlərdən məsləhətlər alıblar.

Tədbir çərçivəsində xarici qonaqlar azərbaycanlı həmkarları - həkim və sahibkar qadınlar ilə ünsiyyətdə olub, onların fəaliyyətləri, təcrübələri ilə maraqlanıblar.

Qeyd edək ki, layihə çərçivəsində ayda iki dəfə valideynlərlə həkimlərin görüşü keçirilir. Bundan əvvəlki tədbirlərdə valideynlərin pediatrlarla və nevroloqlarla görüşü təşkil edilmişdi. Növbəti tədbirdə isə göz həkimlərinin dəvət olunması nəzərdə tutulub.





 





31.05.2019    çap et  çap et