525.Az

Abşeron rayon Mərkəzi Xəstəxanası üçün yeni bina tikilir


 

Abşeron rayon Mərkəzi Xəstəxanası üçün yeni bina tikilir <b style="color:red"></b>

Xırdalanda Abşeron rayon Mərkəzi xəstəxanası üçün yeni bina inşa olunur.

ONA-nın yerli bürosunun məlumatına görə, mərkəzi xəstəxananın əvvəlki binasının yararsız vəziyyətdə olması və əhalinin sayının artması yeni binanın inşasına zərurət yaradıb. Bu məqsədlə tikinti işlərinə başlanılıb.

145 çarpayılıq, 8 korpuslu, 3 mərtəbəli  və 4 hektar ərazidə inşa edilən səhiyyə ocağının tikinti sahəsi 6300 kvadratmetrdir.

Tibb ocağı təhvil verildikdən sonra rayonun bütün kənd və qəsəbə sakinləri buradan yararlana biləcək.

 





31.05.2019    çap et  çap et