525.Az

Yazıçı Çingiz Abdullayev hərbi məktəb müdavimləri ilə görüşüb


 

Yazıçı Çingiz Abdullayev hərbi məktəb müdavimləri ilə görüşüb<b style="color:red"></b>

Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində Xalq yazıçısı Çingiz Abdullayev ilə görüş keçirilib. Tədbir iştirakçıları əvvəlcə “Müasir tələblərə cavab verən hərbi təhsil sistemi” və digər mövzularda məruzələri dinləyiblər: “Sabitlik, dinamik iqtisadi inkişafla yanaşı, güclü ordu quruculuğu müasir Azərbaycanı xarakterizə edən əsas amillərdən biridir. Son illər ölkəmizin iqtisadi qüdrətinin artması sosial məsələlərin həllinə və milli ordumuzun möhkəmlənməsinə geniş imkan yaradıb. Dövlət büdcəsindən hərbi sahəyə ayrılan xərclərin dəfələrlə artırılması ordumuzun bütün istiqamətlər üzrə potensialının yüksək səviyyəyə çatdırılmasına gətirib çıxarıb. Azərbaycanda ordu quruculuğu özündə silahlı qüvvələrin daha da modernləşdirilməsini ehtiva etdirməklə uğurla həyata keçirilir. Azərbaycan ordusu yüksək döyüş hazırlığına, müasir hərbi texnika və silah sistemlərinə malikdir. Müstəqil Azərbaycanın Silahlı Qüvvələrinin yaranmasında və formalaşmasında ümummilli lider Heydər Əliyevin müstəsna xidmətləri vardır”.

Sonra dünya şöhrətli yazıçı Çingiz Abdullayevin yaradıcılığı haqqında iştirakçılara məlumat verilib. Qeyd olunub ki, Çingiz Abdullayev, ümumilikdə, 150–dən çox roman və povestin müəllifidir. Kitabları 27 dilə tərcümə olunub. Əsərləri Rusiya, ABŞ, Fransa, İsrail, Rumıniya, Britaniya, Bolqarıstan, İtaliya və digər ölkələrdə nəşr edilib. Kitablarının ümumi tirajı 26 milyondan çoxdur.

Tədbir iştirakçılarını salamlayan Ç.Abdullayev deyib ki, hərbçilərlə hər bir görüşü onun üçün olduqca mühüm və xoşdur: “Torpaqlarımızın işğal altında olduğu bir vaxtda belə görüşlər insana mənən qürur verir. Əmin olursan ki, Azərbaycanda güclü hərbi məktəb var və burada təhsil alan istedadlı, müasir biliklərə yiyələnmiş gənclərimiz tezliklə torpaqlarımızı düşmən tapdağından azad edəcəklər”.

Sonra tanınmış qələm sahibi zabit və kursantların suallarını cavablandırıb.

S.ABDULLAYEVA

 





03.10.2013    çap et  çap et