525.Az

Azərbaycanın apardığı uğurlu siyasət "iftira" kampaniyasını necə alt-üst etdi?


 

Azərbaycanın apardığı uğurlu siyasət "iftira" kampaniyasını necə alt-üst etdi?<b style="color:red"></b>

Bir neçə gün əvvəl yenidən bütün dünyanın diqqəti Azərbaycanda oldu.

Ölkəmiz daha bir beynəlxalq idman yarışına uğurla ev sahibliyi etdi. Mayın 29-da Bakıda keçirilən Avroliqanın final oyunu  yüksək təşkilatçılıq, təhlükəsizliyin tam təmini, ölkəmizə gələn turistlərin rahat hərəkəti, bir sözlə, ən xırda məsələlərin belə nəzərə alınması, bütün lazımi tədbirlərin görülməsi ilə yadda qaldı. Ən müxtəlif ölkələrdən paytaxtımıza üz tutmuş futbol azarkeşləri sözsüz ki, çox xoş təəssüratlarla Bakıdan ayrıldılar. Azarkeş kimi Azərbaycana gələnlərin növbəti dəfə turist kimi yenidən ölkəmizə üz tutacaqları da şübhəsizdir. Çünki final oyunundan əvvəl bəzi qərəzli qüvvələrin apardığı böhtan, qarayaxma  kampaniyasına, dərc edilən qərəzli yazılara baxmayaraq, gələn qonaqlar tamamilə başqa bir mənzərəyə şahid oldular. Burda "yüz dəfə eşitməkdənsə, bir dəfə görmək yaxşıdır" məsəli də yerinə düşür. Müasirliklə qədimliyi sintez etdirən paytaxt, yüksək təhlükəsizlik, qonaqpərvər, istiqanlı, mehriban insanlar. Bu nüansları ölkəmizə qədəm basan hər bir əcnəbi etiraf edir. Azərbaycanın məhz yuxarıda qeyd etdiyimiz bəzi dairələrin qərəzli münasibətinə ən yaxşı cavabı budur.

Əlbəttə ki, bzi daha əvvəl də ölkəmizdə keçirilən müxtəlif beynəlxalq - istər idman, istər musiqi yarışları, digər tədbirlər zamanı eyni yanaşmanı görmüşük. Belə dairələrin bir məqsədi var: Azərbaycanı gözdən salmaq, onun uğurlarına, nailiyyətlərinə qara yaxmaq. Amma hər zaman da nəticə bizim xeyrimizə olub. Şər, böhtan elə şər böhtan olaraq qalıb.

Ölkəmiz təbii ki, bundan sonra da daha böyük yarışlara, tədbirlərə ev sahibliyi edəcək və heç şübhəsiz ki, Azərbaycan artıq istiqamətdə əldə etdiyi təcrübəsi ilə bir nümunəyə çevrilməkdədir.

Və əlbəttə ki, belə nəhəng, dünya səviyyəli tədbirlərə ev sahibliyi etməyə imkan verən ilk növbədə Prezident İlham Əliyevin rəhbərliyi ilə əldə edilmiş uğurlar, Azərbaycanın sosial, iqtisadi inkişafı, daxili və xarici siyasətinin uğurlarıdır.

Prezident İlham Əliyevin həyata keçirdiyi düzgün və düşünülmüş, prinsipial siyasətin nəticəsində  Azərbaycan regionun lider dövlətinə çevrilib. Ölkəmizin iştirakı olmadan bu gün regionda hər hansı layihənin reallaşdırılması mümkün deyil.  Azərbaycan işğalçı Ermənistan istisna olmaqla, bütün dünya dövlətləri ilə çox gözəl münasibətlərə malikdir.  Ölkəmizin bütün sahələrdə dinamik inkişafı, xüsusilə surətli iqtisadi inkişaf, müəllifi olduğu Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum, TANAP, Bakı-Tbilis-Qars kimi mühüm beynəlxalq layihələr onun dünyada imicini yüksəltməklə yanaşı, beynəlxalq oyunçular arasında öz yerini tutmasında, etibarlı tərəfdaşa çevrilməsində mühüm rol oynayır. 

Mövzu ilə bağlı danışan Milli Məclisin deputatı Elman Məmmədov deyib ki, Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra, əsasən də 1993-cü ildən başlayaraq, ölkəmizin əldə etdiyi bütün uğurlarına qarşı qısqanclıqla yanaşan, şər, böhtan kampaniyası aparanlar olub. Avropa Liqasının final oyunu ərəfəsində də bunun bir daha şahidi olduq. Deputat bildirib ki, Azərbaycan qarşı həyata keçirilən "qara-piar"ın arxasında hansı dövlətlərin, təşkilatların dayandığı və onların məqsədlərinin nədən ibarət olduğunu bəllidir:

Onun sözlərinə görə, antiazərbaycan qüvvələrinin istəyi ölkəmizin inkişafının qarşısı almaq, siyasi, iqtisadi, beynəlxalq arenada əldə etdiyi nailiyyətlərə kölgə salmaqdır: “Bu qüvvələr Azərbaycanda daxili qarışıqlıq, etinadsızlıq, çaxnaşma yaratmaq üçün fürsət əldən vermirlər. Dünyada məlum ssenari bir çox dövlətlərə qarşı tətbiq olunur. Digər dövlətlərdə bu ssenari hətta uğurla nəticələnir. Buna misal olaraq Yaxın Şərq ölkələrində gedən prosesləri göstərə bilərik. Lakin uzun illərdir Azərbaycana qarşı dağıdıcılıq missiyasını özündə daşıyan bu ssenari ölkəmizi sevməyən qüvvələrin arzusunu ürəyində qoyur".

E.Məmmədov qeyd edib ki, hətta onlar öz içimizdə olan satqınlardan da öz məqsədləri üçün istifadə edirlər: "Amma nəticə etibarı ilə onlar Azərbaycanın gündən-günə daha da inkişaf etdiyini, dünyada nüfuzunun daha da artdığını görürlər. Təbii ki, bu uğurlar Azərbaycan prezidenti İlham Əliyev tərəfindən həyata keçirilən düzgün, uzaqgörən, müdrik xarici və daxili siyasət nəticəsində əldə edilir. Dövlət başçısı bu siyasətdə xalqa arxalanır. Ölkə başçısının arxasında böyük, müdrik Azərbaycan xalqı dayanır. Bu da əlbəttə ki, prezidentə olan etimadın göstəricisidir".

Deputat vurğulayıb ki, xalq-iqtidar birliyi nəticəsində Azərbaycan daha böyük uğurlara imza atacaq, yaxın gələcəkdə Ali Baş Komandanın əmri ilə Azərbaycan ordusu işğal altında torpaqlarımızı azad etməklə mühüm qələbəyə imza atacaq: "Hər birimiz dövlət başçısı tərəfindən həyata keçirilən siyasətin uğurla nəticələnməsi üçün bundan sonra da çalışdığı, işlədiyi yerdə əlindən gələni etməlidir. Bu, Azərbaycanın daha da güclənməsi və çiçəklənməsi deməkdir".

Millət vəkili Sevinc Hüseynova isə deyib ki, Azərbaycan nüfuzlu beynəlxalq tədbirlərin keçirildiyi məkandır. Ölkəmizdə istər siyasi, istər sosial-iqtisadi, istərsə də humanitar, mədəni və idman sahələri üzrə mötəbər, dünya miqyaslı tədbirlər keçirilir. Bu fakt Azərbaycanın dünyada qazandığı müsbət imicin parlaq təzahürüdür.

S.Hüseynova bildirib ki, mayın 29-da Bakıda UEFA Avropa Liqasının final oyunun keçirilməsi də bu baxımdan böyük əhəmiyyət kəsb edir. Onun sözlərinə görə, beynəlxalq tədbirlərin Azərbaycanda keçirilməsi ölkəmizin böyük uğurudur: "Azərbaycanın dünyada etibarlı tərəfdaş, dünyəvi ölkə, güclü iqtisadiyyata, sabit və təhlükəsizliyə malik olması belə tədbirlərə evsahibliyi etməsi imkanlarını artırır. Bir çox hallarda isə Azərbaycan digər ölkələrlə rəqabətdə üstünlüyə sahib olur".

Millət vəkili qeyd edib ki, beynəlxalq tədbirlərin keçirilməsi eyni zamanda, Azərbaycana həm iqtisadi, həm də strateji baxımdan böyük fayda gətirir: "Etibarlı tərəfdaş kimi tanınması ölkəyə investisiyaların cəlb olunmasına, əməkdaşlığa açıq olması ölkəyə yeni texnologiyaların gəlməsinə səbəb olur. Bunlarla yanaşı, bu tədbirlər Azərbaycan həqiqətlərinin, Azərbaycanın ədalətli mövqeyinin dünyaya yayılmasına böyük təkan verir".

Millət vəkili qeyd edib ki, UEFA Avropa Liqasının final oyununu izləmək üçün Bakıya minlərlə xarici vətəndaş gəlmişdi və onlar paytaxtımızın gözəlliyini, insanlarımızın xoş münasibətini, qonaqpərvərliyini xüsusilə vurğulayırdılar: "Eyni zamanda, ölkəmizdə sabitlik hökm sürür, təhlükəsizlik, ictimai asayiş tam təmin olunub. Prezident İlham Əliyevin həyata keçirdiyi uğurlu daxili və xarici siyasət nəticəsində ölkəmiz yüksək tepmlə inkişaf etməkdə, dünyada öz yerini tutmaqdadır. Ölkəmizə gələnlər də məhz bu inkişafa, təhlükəsizliyə, sabitliyə şahidlik etdilər. Buna görə də bəzi dairələrin Azərbaycanın imicinə zərbə vurmaq cəhdləri heç bir nəticə vermədi. Həmişə olduğu kimi, yenə də bu dairələrin cəhdləri iflasa uğradı".

"Bakı Xəbər" qəzetinin baş redaktoru, ekspert  Aydın Quliyev isə vurğulayıb ki, UEFA Avropa Liqasının final oyununun Bakıda keçirilməsi çox möhtəşəm bir hadisə idi. Biz onu lap əvvəldən dövlətimizin himayəsi, siyasəti altında hazırlanan bir idman tədbiri kimi təsəvvür edirdik. Amma çox təəssüflər olsun ki, bizdən asılı olmayan və bəzi bəlli qüvvələrin "qəhrəmanlığı" və "şücaəti" sayəsində final oyunu təkcə idman hadisəsi olmaqla yadda qalmadı, həm də siyasi hadisəyə çevrildi. Onun sözlərinə görə, bəzi qüvvələrin pis istiqamətdə apardıqları hazırlıqlara baxmayaraq, 100 minlərlə insanların küçələrdə olduğu bir şəraitdə hər hansı bir fövqəladə hadisə olmadan biz bu idman yarışını özünün əsl bir idman gözəlliyi ilə başa çatdırdıq və dünyaya nümayiş etdirə bildik: "Məncə, dünya Azərbaycanın nəyə qadir olduğunu bir daha gördü. Təbii ki, Azərbaycan da özünün nəyə qadir olduğunu dünyaya bir daha nümayiş etdirdi. Açığı, mən gözləyirəm ki, oyundan öncə iftira, böhtan maşınını işə salanlar Azərbaycan dövlətindən, xalqından dedikləri o sözlərə, qurmaq istədikləri o ssenarilərə görə gərək üzr istəsinlər".

PƏRVANƏ

 





01.06.2019    çap et  çap et