525.Az

“Bu sorğuda fərqli nəticə ola bilməzdi”


 

“Bu sorğuda fərqli nəticə ola bilməzdi”<b style="color:red"></b>

“RUH” Azərbaycan Jurnalistləri Müdafiə Komitəsi “Jurnalistlərin dostu” mükafatı laureatının kimliyini müəyyənləşdirmək üçün keçirdiyi sorğunu yekunlaşdırıb. Qəzetlər, informasiya agentlikləri, jurnallar, jurnalist təşkilatları və internet media resursları arasında keçirilən və ümumilikdə 100 respondent media qurumunu əhatə edən sorğuda rəyi soruşulanlara bir sual ünvanlanıb: “Hansı ictimai-siyasi xadimi, vəzifəli şəxsi jurnalistlərin dostu hesab edirsiniz?” Sorğuda iştirak edənlərin böyük əksəriyyətinin fikrincə, jurnalistlərin dostu ölkə Prezidenti İlham Əliyevdir. Sorğu anketlərində dövlət başçısına verilən səslər ümumi səslərin 89 faizini təşkil edib. “RUH”un keçirdiyi soğuda Prezident İlham Əliyevin jurnalistlərin dostu seçilməsini məntiqi nəticə hesab edilir. Məsələyə münasibət bildirən şəxslər də Prezidentin mətbuatın dostu olduğunu faktlara söykənən fikirləri ilə əsaslandırırlar. Onlar bunu görülən işin nəticəsi kimi qiymətləndirirlər.

Jurnalistlərin Həmkarlar İttifaqının (JuHİ) sədri Müşfiq Ələsgərli verdiyi açıqlamada dövlət başçısının mətbuata göstərdiyi diqqət və qayğının ilbəil artdığını söyləyib. Onun sözlərinə görə, sorğuda əslində fərqli bir yanaşmanın olması təəccüblü ola bilərdi. O, bunun tam reallığı əks etdirdiyini və görülən işlərin məntiqi nəticəsi kimi qiymətləndirib: “RUH” Azərbaycan Jurnalistləri Müdafiə Komitəsinin keçirdiyi sorğuda mənim rəhbərlik etdiyim təşkilat – yəni, Jurnalistlərin Həmkarlar İttifaqı da iştirak edib. Açıq şəkildə deyə bilərəm ki, biz də hazırda Prezident olan İlham Əliyevə səs verdik. Hesab edirik ki, hazırda jurnalistlərin dostu nominasiyasını almaq üçün layiqli şəxs indiki dövlət başçısı İlham Əliyevdir. Seçimimiz də təsadüfi olmayıb. Azərbaycanda son illərdə medianın inkişafı üçün doğrudan da çox ciddi addımlar atılır. Bunlar elə tədbirlərdir ki, nəinki Azərbaycanla qonşuluqda olan ölkələrdə belə addımlar atılmır, hətta Avropa dövlətlərində görülən tədbirlərlə müqayisə oluna biləcək işlərdir. Burada kütləvi informasiya vasitələri qanunvericiliyinin təkmilləşdirilməsi, internetin inkişafı və jurnalistlərin sosial vəziyyətinin yaxşılaşdırılması istiqamətində atılan addımları qeyd etmək olar. Təbii ki, bu addımlar hazırkı Prezident İlham Əliyevin zamanında atıldığı üçün bu cür mükafatları o, haqq edir. Amma eyni zamanda 2013-cü ildə jurnalistlərə mənzillərin verilməsini də unutmamalıyıq. Media işçilərinə qarşılıqsız, heç bir təmənna olmadan mənzillər paylanıldı. Bu isə ümumiyyətlə, dünyada analoqu olmayan bir hadisədir. Təkcə bu faktorun özü kifayətdir ki, İlham Əliyev jurnalistlərin dostu nominasiyasının qalibi kimi fərqləndirilsin. O, nəinki hazır binaların açarlarını jurnalistlərə təhvil verdi, eyni zamanda növbəti binaların da tikilib təhvil verilməsi üçün sərəncam verdi. Bu istiqamətdə artıq işlər də görülməyə başlanılıb. Bu isə təkcə Azərbaycan və regionda deyil, dünyada analoqu olmayan bir tədbirdir”.

Bütün bunların Prezidentin jurnalistlərə olan diqqət və qayğısının nəticəsi kimi də şərh edən JuHİ sədri dövlət başçısının bu sahədə atdığı addımların sadalamaqla bitirməyin qeyri-mümkün olduğunu bildirib: “Hesab edirəm ki, bu sorğuda ən layiqli namizədə mükafat verildi və düzgün seçim oldu”.

AQİL

 





03.10.2013    çap et  çap et