525.Az

Ədəbiyyat İnstitutunun əməkdaşı beynəlxalq konfransda


 

Ədəbiyyat İnstitutunun əməkdaşı beynəlxalq konfransda <b style="color:red"></b>

AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun əməkdaşı Pərvanə Məmmədli Almaniyada  keçirilən beynəlxalq konfransda iştirak edib.

AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun aparıcı elmi işçisi dosent Pərvanə Məmmədli 2-5 may tarixlərində Almaniyanın Berlin şəhərində keçirilən III Beynəlxalq Sosial və Bəşəri Elmlər  konfransında iştirak edib.

Müxtəlif ölkələrdən 124 elm adamının qatıldığı konfransda P.Məmmədlinin “Postkolonial ədəbiyyatın layiqli  təmsilçisi” adlı çıxışı böyük maraq doğurub.

Məruzəçi Azərbaycanın tarixi, mədəniyyəti ilə bağlı ümumi məlumat verib, mövzu ilə bağlı verilən sualları cavablandırıb.

Bu da danılmaz faktdır ki, Almaniyada yaşayan soydaşlarımızın arasında cənubdan olan azərbaycanlılar  çoxluq təşkil edir.

P.Məmmədli Almaniyada yaşayan diaspor fəalları ilə də görüşüb, radioya müsahibə verib.

Tədqiqatçı Cənubi Azərbaycanın ədəbiyyatı və mətbuatının ciddi araşdırıçısı kimi tanındığından Berlindəki “İşıq yol – Azərbaycan Kültür və Ədəbiyyat” dərnəyində keçirilən dəyirmi masada bəhs olunan mövzuda geniş məruzə edib.

Tanınmış güneyli  fəal və şair, Şərifə Cəfərinin başçılığı ilə keçirilən konfransda  məşhur  soydaşlarımız  klassik ədəbiyyatımızın tanınmış araşdırıcısı Məhəmmədəli Hüseyni, şair, nasir və tərcüməçi Əziz Səlami bir çox sənət ustaları, eləcə də qardaş Türkiyənin ədəbiyyat və siyasət adamları da qatılıblar.

 





06.05.2019    çap et  çap et