525.Az

Yol Polisindən sürücülərə bayram müraciəti


 

Yol Polisindən sürücülərə bayram müraciəti <b style="color:red"></b>

Baş Dövlət Yol Polisi İdarəsi hər bir yol hərəkəti iştirakçısını müqəddəs Ramazan bayramı münasibətilə təbrik edir və səfərə çıxan sürücülərə aşağıdakı qaydalara riayət etmələrini tövsiyə edir.

İdarədən ONA-ya verilən məlumata görə, ilk növbədə sürücülər səfərə çıxmazdan əvvəl nəqliyyat vasitələrinin sazlığına xüsusi diqqət yetirsinlər və təhlükəsizlik kəmərini təkcə özləri deyil, sərnişinlərin də bağlaması mütləqdir. Unutmayaq ki, hərəkət zamanı sürət rejiminə, ötmə və manevr etmə qaydalarına ciddi əməl etmək təhlükəsizliyimiz üçün vacib şərtdir.

Yuxusuz, yorğun halda sükan arxasına əyləşməkdən çəkinin və hər 2-3 saatlıq fasiləsiz hərəkətdən sonra qısa müddətli olsa da istirahət edin. İsti hava şəraitində soyuducu sistemi olmayan nəqliyyat vasitələrinin sürücülərinin günün sərin vaxtlarında yola çıxmaları məsləhət bilinir.

Yaddan çıxarmayaq ki, yol hərəkəti qaydalarına ciddi əməl etməklə Siz, həm özünüzün, həm də əzizlərinizin bayram günlərinin xoş keçməsinə şərait yaratmış olursunuz.

 





04.06.2019    çap et  çap et