525.Az

“Bələdiyyələrin statusu haqqında” qanun layihəsinə dəyişiklik olunur


 

“Bələdiyyələrin statusu haqqında” qanun layihəsinə dəyişiklik olunur<b style="color:red"></b>

“Bələdiyyələrin statusu haqqında” qanuna dəyişikliklər edilməsi təklif olunur.

APA-nın məlumatına görə, qanun layihəsi bu gün birinci oxunuşda Milli Məclisin Regional məsələlər komitəsində müzakirəyə çıxarılıb.

Qanuna təklif edilən 49-1-ci maddə qeyd edilir ki, müvafiq icra hakimiyyəti orqanı bələdiyyələrin fəaliyyətinin təşkil edilməsinə kömək edir və onlara yerli özünüidarəetmə fəaliyyətinin qanunauyğun həyata keçirilməsi sahəsində metodoloji yardım göstərilməsi üzrə tədbirlər görür.

Eyni zamanda, qanuna təklif edilən 10-1-ci maddə bildirilir ki, müvafiq icra hakimiyyəti orqanı bələdiyyə üzvləri və qulluqçularının peşəkarlıq səviyyəsinin artırılması məqsədilə xarici dövlətlərin yerli özünüidarəetmə orqanları, onların assosiasiyaları və ixtisaslaşdırılmış təşkilatları ilə təcrübə mübadiləsini təşkil edir.

Qanun layihəsi Milli Məclisin növbədənkənar iclasına tövsiyə edilib.

 





04.06.2019    çap et  çap et