525.Az

Afinada ilk məscid tikildi


 

Afinada ilk məscid tikildi <b style="color:red"></b>

Yunanıstanın paytaxtı Afinada ilk məscid tikilib.

Trend-in məlumatına görə, məsciddə ilk ayinlər sentyabr ayında keçiriləcək.

Qeyd olunur ki, Yunanıstanda 200 minədək müsəlman yaşayır. Bu məsciddə eyni vaxtda 400-ə yaxın şəxs namaz qıla biləcək.

Afina bugünədək məscid olmayan yeganə Avropa paytaxtı idi. Yunanıstan 1832-ci ildə Osmanlı imperiyasından müstəqillik əldə etdikdən sonra ölkə ərazisində məscid tikilməsinə icazə verilməyib.

 





08.06.2019    çap et  çap et