Beş övlad gətirdin sən ki dünyaya,
Gəlimli dünyaya gəlib gedirsən.
Xalçanın üstündən asılıb şəklin,
Məsum bir təbəssüm... gülüb gedirsən?
Qızların üstünə gül aparmazmı?
Gizlədə bilsəydim nəvələrindən,
Gizlədə bilsəydim göz yaşlarımı...
Yataqda balıncı sel aparmazmı?
Xiffətin bağrımı dəlib, gedirsən.
Sıxır ayağımı ayaqqabı da
Otaqda üstümə lay divar gəlir.
Qaldığım otaqlar dursun bir yana,
Qaldığım dünya da mənə dar gəlir.
Deyərdin: “Beş övlad beş barmağımdır”.
Bu maşın haraya şütüyür belə?!
Sükan arxasında böyük oğlum,
Sükan arxasında sonbeşiyimmi?!
Bilirəm, böyüyü çox istəyirdin.
Ortancıl oğlun – adsız barmağın,
Kəsib boğazından, kəsib əynindən
Sən onu hər zaman kürsü başında,
Vəzifə başında tox istəyirdin.
Ayrılıq əlindən üz tutum hara?
Payızda üstümə boran, qar gəlir.
Mindiyim maşınlar şütüyür hara
Baxırsan, üstünə bir günü kimi
Ayrılıq adında bir qatar gəlir.
Hər zaman “dərdini alım” deyərdin.
Şəhərdən gələndə tələm-tələsik
Bir gecə yanında qalım deyərdin.
“Ayağın altında ölüm!” deyərdin
Bəs nədən çiynimdə... ölüb gedirsən?
sentyabr 2012
çap et