525.Az

"Bəstəkarlarla görüş" çərçivəsində daha bir tədbir


 

"Bəstəkarlarla görüş" çərçivəsində daha bir tədbir<b style="color:red"></b>

Qara Qarayevin ev-muzeyində "Bəstəkarlarla görüş" layihəsi çərçivəsində növbəti görüş Qara Qarayev bəstəkarlıq məktəbinin yetirməsi olan, görkəmli bəstəkar, Xalq artisti, Bakı Musiqi Akademiyasının professoru Azər Dadaşov və "Azər Dadaşov adına Pianoçuların IV Beynəlxalq Müsabiqəsi"nin qalibləri ilə keçirilib.

Mədəniyyət Nazirliyindən bildirilib ki, tədbiri giriş sözü ilə Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin direktoru, sənətşünaslıq üzrə fəlsəfə doktoru, Əməkdar mədəniyyət işçisi Alla Bayramova açıb. Muzeyin şöbə müdiri Xanım Abdinova Azər Dadaşovun yaradıcılığı, Azərbaycan musiqisində, incəsənətində xidmətləri haqqında məlumat verib. Musiqişünas, sənətşünaslıq üzrə fəlsəfə doktoru Natalya Dadaşova "Azər Dadaşov adına Pianoçuların Beynəlxalq Müsabiqəsi"nin yaranma tarixi və işi haqqında çıxış edib. Bakı Musiqi Akademiyasının fortepiano kafedrasının və məktəb studiyasının müəllimi Nuranə Zeynalova Azər Dadaşovun yaradıcılığında fortepiano musiqisi haqqında çıxış edib.

Bütün çıxışlar bəstəkarın həyat və yaradıcılıq yolunu işıqlandıran slayd-şou ilə müşayiət olunub.

Tədbirin bədii hissəsində "Azər Dadaşov adına pianoçuların IV Beynəlxalq müsabiqəsi" qaliblərinin ifalarında bəstəkarın əsərlərindən ibarət konsert proqramı təqdim edilib.

 





08.06.2019    çap et  çap et